Menyu

Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdən çəkildi

Əziz Əzizli
Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdən çəkildi
1 dəq oxu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

"Operativ Media" xəbər verir ki, Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.

Əlaqəli Xəbərlər