Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları medallarla təltif olunublar
Nərmin Qocamanlı
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Operativ Media xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə polkovniklər Azər Ələddin oğlu Babayev və Elnur Əhməd oğlu Qasımov “Vətən uğrunda” medalı ilə təltif olunub.
Həmçinin mayor Şamil Mahama oğlu Qayqiyev “Hərbi xidmətlərə görə” medalına layiq görülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma