13 Fevral 2025, 18:53
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
NATO ölkələri "Baltic Sentry" missiyasına qoşulacaq.
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq şəkil
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq

Şimali Avropa və Baltik regionundan kənar NATO ölkələri "Baltic Sentry" missiyasına qoşulacaq.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış Brüsseldə jurnalistlərə bildirib.

"Bu missiya NATO-nun Avropadakı birləşmiş qüvvələrinin komandanı Kristofer Kavoli və baş katib Mark Rutte tərəfindən başladılıb. Bu gün biz təkcə Baltik dənizi ilə həmsərhəd olan ölkələrin deyil, həm də Fransa, Belçika və digər müttəfiqlərimizin kritik infrastrukturun, kabellərinin qorunması üçün cəlb olunacağı barədə bəyanatlar eşitdik", - Polşa naziri mətbuat konfransında deyib.

Yanvar ayında M.Rutte Helsinkidə sualtı infrastrukturun - enerji və informasiya kabellərinin qorunması üçün Baltik dənizində "Baltic Sentry" missiyasının başladılmasını elan edib. Əməliyyatda alyans ölkələrinin freqatları və dəniz patrul təyyarələri iştirak edəcək. Missiyanın başladılması 2024-cü il dekabrın 25-də Finlandiya və Estoniya arasındakı sualtı kabelə dəyən zərərə cavab olub.

Son xəbərlər
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib