Menyu

ABŞ və Yaponiya birgə təlimlər keçirəcək

Əsəd Abbaslı
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək

Yaponiyanın Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri fevralın 24-dən 27-dək raket və hava hücumundan müdafiə üzrə birgə təlimlər keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.

Teqlər:

"AB\u015e v\u0259 Yaponiya birg\u0259 t\u0259liml\u0259r ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər