Menyu

ABŞ dövlət katibinin Münxenə uçan təyyarəsi Vaşinqtona qayıdıb

Nərmin Qocamanlı
ABŞ dövlət katibinin Münxenə uçan təyyarəsi Vaşinqtona qayıdıb
1 dəq oxu

Münxen Təhlükəsizlik Konfransına gedən ABŞ dövlət katibi Marko Rubionun təyyarəsi mexaniki nasazlıqlara görə Vaşinqtona qayıtmaq məcburiyyətində qalıb.

Operativ Media xəbər verir ki , bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryusa istinadən “Reuters” məlumat yayıb.

"Təyyarə havaya qalxdıqdan 90 dəqiqə sonra geri qayıdıb və Endryus Hərbi Hava Qüvvələri bazasına təhlükəsiz eniş edib", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər