14 Fevral 2025, 15:46
Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu bürünc medal uğrunda yarışacaq
Azərbaycanın 3 cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda tatamiyə çıxacaq.
Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu bürünc medal uğrunda yarışacaq şəkil
Böyük Dəbilqə: Azərbaycanın 3 cüdoçusu bürünc medal uğrunda yarışacaq

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaqlar.

"Operativ Media" xəbər verir ki, üç idmançı mükafat qazanmaq şansını davam etdirir.

Bunlar Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq). B.Ağayev belçikalı Jorre Verstraetenlə, Əhməd Yusifov ukraynalı Dilşot Xalmatovla, E.Əsədov özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.

Bu gün tamamiyə çıxan digər 9 idmançı isə əvvəlki raundlarda məğlub olublar.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.

Son xəbərlər
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb