15 Fevral 2025, 10:10
"Böyük Dəbilqə": Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə qoşulur
Azərbaycanın daha 11 cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
"Böyük Dəbilqə": Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə qoşulur şəkil
"Böyük Dəbilqə": Azərbaycanın daha 11 cüdoçusu mübarizəyə qoşulur

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.

"Operativ Media" xəbər verir ki, kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (81 kq) mübarizəyə qoşulacaq. Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (70 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə cüdoçulardan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıb.

Son xəbərlər
ABŞ Dövlət Departamentindən Əbu-Dabi görüşünə reaksiya
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb