15 Fevral 2025, 17:27
"Böyük Dəbilqə": Azərbaycanın 4 cüdoçusu medal uğrunda yarışacaq
Azərbaycanın 4 cüdoçusu "Böyük Dəbilqə" turnirində medal uğrunda yarışa çıxacaqlar.
"Böyük Dəbilqə": Azərbaycanın 4 cüdoçusu medal uğrunda yarışacaq şəkil
"Böyük Dəbilqə": Azərbaycanın 4 cüdoçusu medal uğrunda yarışacaq

Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində dörd cüdoçumuz həlledici görüşlərə çıxacaq.

"Operativ Media" xəbər verir ki, -73 kq çəkidə Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə finalda üz-üzə gələcək.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.

-81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Final qarşılaşmaları saat 17:00-da başlayacaq

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb