"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazandi
Əziz Əzizli
Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində medal qazanıb.
"Operativ Media" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev zədəli olduğu üçün final görüşündə iştirak edə bilməyib və gümüş medal qazanıb.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə 3-cü yer uğrunda görüşdə yaponiyalı Ryuqa Tanakaya qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, -81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Teqlər:
"\"B\u00f6y\u00fck D\u0259bilq\u0259\": Az\u0259rbaycan\u0131n daha iki c\u00fcdo\u00e7usu medal qazandi"