"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı
Əziz Əzizli
Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günündə kişilər arasında -81 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu final görüşünə çıxıb.
"Operativ Media" xəbər verir ki, Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşıb. Görüşdə qalib gələn Azərbaycan cüdoçusu qızıl medal qazanıb.
Bu "Böyük Dəbilqə" turnirində Azərbaycan adına qazanılan ilk qızıl medaldır.
Teqlər:
"\"B\u00f6y\u00fck D\u0259bilq\u0259\": Az\u0259rbaycan c\u00fcdo\u00e7usu q\u0131z\u0131l medal qazand\u0131"