16 Fevral 2025, 13:26
"Böyük Dəbilqə": Azərbaycanın daha 9 cüdoçusu mübarizəyə qoşulur
Bu gün Azərbaycanın daha 9 cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
"Operativ Media" xəbər verir ki, yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.
Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) meda qazanmağa çalışacaqlar.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.