Menyu

Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər

Əsəd Abbaslı
Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp səfər razılaşdırılacağı halda istənilən zaman Rusiyaya gələ bilər.

Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov 9 may Qələbə Günü münasibətilə bayram tədbirində istənilən xarici ölkə liderini görməkdən şad olacaqlarını da söyləyib.

Eyni zamanda Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün xüsusi hazırlığın aparılmasının vacib olduğunu da vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də Tramp və Putin arasında telefon danışığı olub.

Əlaqəli Xəbərlər