Menyu

Dəməşq hava limanı bərpa edilir

Əsəd Abbaslı
Dəməşq hava limanı bərpa edilir

Türkiyə Dəməşq hava limanını bərpa edir.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, bildirib ki, bunun üçün Suriyaya gedən 25 nəfərlik komanda artıq işlərə başlayıb.

Nazirin sözlərinə görə, Türkiyədən Suriyaya müxtəlif texnoloji vasitələr, o cümlədən 10 X-ray cihazı, səkkiz əl detektoru da aparılıb. Bu, aeroportun təhlükəsizliyinin daha güclü təmin olunması üçündür.

A.Uraloğlu qeyd edib ki, Türkiyə Suriyanın hava nəqliyyatını gücləndirmək üçün işləri davam etdirəcək.

Teqlər:

"D\u0259m\u0259\u015fq hava liman\u0131 b\u0259rpa edilir"

Əlaqəli Xəbərlər