Menyu

Fələstin prezidenti Makronla telefon danışığı aparıb

Əsəd Abbaslı
Fələstin prezidenti Makronla telefon danışığı aparıb

Fələstin prezidenti Mahmud Abbas Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Operativ Media TASS-a istinadən xəbər verir ki, tərəflər Fələstin ərazilərindəki son hadisələri müzakirə ediblər.

İki lider "fələstinlilərin öz torpaqlarından didərgin düşməsinə qarşı çıxaraq, onlara təcili humanitar yardımın göstərilməsinə, Qəzzə zolağında atəşkəsin gücləndirilməsinə çağırış ediblər".

Abbas və Makron “beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll yoluna (Fələstin və İsrail dövlətlərinin yan-yana yaşaması nəzərdə tutulur) irəliləmənin, eləcə də bu ilin iyununda beynəlxalq sülh konfransının keçirilməsinin” zəruriliyini bəyan ediblər.

Teqlər:

"F\u0259l\u0259stin prezidenti Makronla telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131b"

Əlaqəli Xəbərlər