Ana səhifə / Dünya / Dünyada şəkərin qiyməti bir il ərzində 18,5 faiz ucuzlaşıb Dünyada şəkərin qiyməti bir il ərzində 18,5 faiz ucuzlaşıb 17.02.2025, 10:50 Bu ilin yanvar ayında dünya şəkərinin qiyməti 2024-cü ilin yanvar ayı ilə müqayisədə 18,5 faiz ucuzlaşıb. Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytı məlumat yayıb. Məlumatda qeyd olunub ki, buna səbəb yanvar ayında dünya bazarında əlverişli tədarük və son aylarda Braziliyada yaxşı hava şəraiti olub. Bildirilib ki, artıq şəkər qamışı əkilib və məhsul yığımı 2025-ci ilin aprelində başlanacaq. Teqlər: "D\u00fcnyada \u015f\u0259k\u0259rin qiym\u0259ti bir il \u0259rzind\u0259 18 5 faiz ucuzla\u015f\u0131b"