"Nyukasl Yunayted" isveçli hücumçusunu bu yay sata bilər
Əziz Əzizli
"Nyukasl Yunayted" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, hücumçu Alexander Isakı bu yay 100 milyon avroya buraxmağa hazırdır.
"Operativ Media" xəbər verir ki, bu haqda "Diario Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı hücumçunun xidmətində "Barselona", "Liverpul", "Arsenal" və "Çelsi" maraqlıdır.
Bu mövsüm İsak bütün turnirlərdə 29 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Teqlər:
"\"Nyukasl Yunayted\" isve\u00e7li h\u00fccum\u00e7usunu bu yay sata bil\u0259r"