Menyu

Azərbaycan millisi İrana qalib gəldi

Əziz Əzizli
Azərbaycan millisi İrana qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ikinci oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.

Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Teqlər:

"Az\u0259rbaycan millisi \u0130rana qalib g\u0259ldi"

Əlaqəli Xəbərlər