Menyu

Rəşad Sadıqov: "Salifu Sumaya ciddi təklif var idi, amma satmaq istəmədik"

Əziz Əzizli
Rəşad Sadıqov: "Salifu Sumaya ciddi təklif var idi, amma satmaq istəmədik"

Salifu Suma üçün kluba ciddi məbləğdə transfer təklifi gəlmişdi.

"Operativ Media" xəbər verir ki, bunu "CBC Sport"da yayımlanan "90 dəqiqə" verilişində qonaq olan Rəşad Sadıqov deyib.

Mütəxəssis bildirib ki, Salifu Suma ilə bağlı ciddi məbləğdə rəsmi təklif olub, lakin rəhbərliklə müzakirədən sonra onun satılmamasına qərar verilib:

"Yayda da bizə təkliflər gəlmişdi, amma o qədər ciddi deyildi. Noyabr-dekabr aylarında da müəyyən danışıqlar aparıldı. Sonuncu təklif isə yanvar ayının sonunda gəldi. Transfer pəncərəsinin bağlanmasına az qalmışdı və futbolçu qıtlığı var idi. Bu səbəbdən Salifunun satılmamasına qərar verdik. Menecerini Bakıya dəvət etdik və futbolçunun çıxışlarını qiymətləndirərək müqaviləsində müəyyən dəyişikliklər etdik. Bundan sonra da təkliflər gəldi. Hətta "Sumqayıt"la oyunda da onu izləməyə gələnlər var idi."

Rəşad Sadıqov futbolçu satışının Azərbaycanda geniş yayılmış proses olmadığını bildirib:

"Bu, Azərbaycan futbolunda geniş yayılmış proses deyil. Əsasən, "Qarabağ"da bu cür transferlər daha çox baş verir. Son illərdə "Neftçi" və "Sabah" da bəzi futbolçularını satıb. "Zirə" isə yalnız 7-8 il əvvəl Bonillanı Portuqaliya çempionatına yola salıb. Bundan başqa klubumuzda futbolçu satışı olmayıb."

Teqlər:

"R\u0259\u015fad Sad\u0131qov: \"Salifu Sumaya ciddi t\u0259klif var idi amma satmaq ist\u0259m\u0259dik\""

Əlaqəli Xəbərlər