Menyu

Rusiya ilə BƏƏ arasında ikiqat vergitutma ləğv edilib

Əsəd Abbaslı
Rusiya ilə BƏƏ arasında ikiqat vergitutma ləğv edilib

Rusiya və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında gəlir və kapitala görə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə hökumətlərarası saziş imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

İmzalanma Əbu-Dabidə Rusiyanın maliyyə naziri Anton Siluanov və BƏƏ-nin maliyyə üzrə dövlət naziri Məhəmməd bin Hadi Əl Hüseyninin iştirakı ilə Rusiya-BƏƏ maliyyə dialoqunun birinci iclası çərçivəsində reallaşıb.

Hər iki tərəfindən ratifikasiya edildikdən sonra sazişin 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Müqavilənin müddəaları BƏƏ-də gəlir və korporativ vergilərə, habelə mənfəət vergisinə, fərdi gəlir vergisinə və təşkilatların əmlak vergisinə şamil edilir.

Teqlər:

"Rusiya il\u0259 B\u018f\u018f aras\u0131nda ikiqat vergitutma l\u0259\u011fv edilib"

Əlaqəli Xəbərlər