Menyu

Rusiya Qvardiyasının keçmiş rəhbəri saxlanılıb

Əsəd Abbaslı
Rusiya Qvardiyasının keçmiş rəhbəri saxlanılıb

Rusiya Milli Qvardiyasının general-mayoru Konstantin Ryabyx, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Milli Qvardiyasından məlumat verilib.

"Bir neçə gün əvvəl, Rusiya Milli Qvardiyasının Baş Təhlükəsizlik İdarəsi və Rusiya FSB-nin Daxili İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları, Milli Qvardiyanın keçmiş rəhbərini general-mayor Ryabyx-ı saxlayıblar. Saxlanılma korrupsiyanın qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində həyata keçirilib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, qurum qeyd edib ki, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotovun tapşırığı ilə bəzi qurumlarda korrupsiya cinayətlərinin aşkar edilməsi və kökünün kəsilməsi istiqamətində işlər davam etdiriləcək.

Əvvəllər xəbər verilmişdi ki, Moskva Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının general-mayoru, qurumun keçmiş departament rəhbəri Konstantin Ryabyx-ı 15 milyon rubl məbləğində rüşvət almaq ittihamı ilə həbs edib.

Teqlər:

"Rusiya Qvardiyas\u0131n\u0131n ke\u00e7mi\u015f r\u0259hb\u0259ri saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər