Rusiya Ukrayna ilə dənizçilik təhlükəsizliyi üzrə sazişi ləğv edib
Əsəd Abbaslı
Rusiya hökuməti, 2012-ci ildə Ukrayna ilə imzalanmış Azov dənizi və Kerç boğazında dənizçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sazişi ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə sazişin qüvvəsinin dayandırılmasına dair müvafiq sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.
Sərəncama əsasən, Rusiya Federasiyasının beynəlxalq müqavilələr haqqında Federal qanunun 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, 2012-ci il martın 20-də Moskvada imzalanan sazişin fəaliyyəti dayandırılıb.
Sazişin ləğvi, Azov dənizi və Kerç boğazında dənizçilik təhlükəsizliyi ilə bağlı tədbirlərin daha da sərtləşdirilməsi anlamına gəlir.
Teqlər:
"Rusiya Ukrayna il\u0259 d\u0259niz\u00e7ilik t\u0259hl\u00fck\u0259sizliyi \u00fczr\u0259 sazi\u015fi l\u0259\u011fv edib"