Menyu

Tayvan ABŞ-dən silah alacaq

Əsəd Abbaslı
Tayvan ABŞ-dən silah alacaq

Tayvan hakimiyyəti ABŞ-dən böyük miqdarda silah almağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, alınacaq silahların dəyəri 7-10 milyard dollar arasında dəyişə bilər. Bu satınalmaya HIMARS çoxlu buraxılış raket sistemləri də daxildir. Mənbələrdən biri bildirib ki, bu addım Tayvanın müdafiəyə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

Bundan əvvəl bildirilmişdi ki, Tayvan hakimiyyəti ABŞ prezidenti Donald Trampın yarımkeçiricilərə rüsum tətbiq edəcəyi ilə bağlı hədələri fonunda bu il müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmağı planlaşdırır.

Teqlər:

"Tayvan AB\u015e-d\u0259n silah alacaq"

Əlaqəli Xəbərlər