Menyu

"Nürnberq" rəsmisi: "Cənubi Koreya klubu yenidən bizimlə əlaqə saxlamasa, Mahir komandada qalacaq"

Əziz Əzizli
"Nürnberq" rəsmisi: "Cənubi Koreya klubu yenidən bizimlə əlaqə saxlamasa, Mahir komandada qalacaq"

Almaniyanın "Nürnberq" klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu komandadan ayrılmaq ehtimalı olan Mahir Emrelinin durumu ilə bağlı danışıb.

"Operativ Media" xəbər verir ki, Bild nəşrinin sorğusunu cavablandıran klub rəsmisi qeyd edib ki, azərbaycanlı hücumçu üçün konkret təklif almasalar, o, komandada çıxışına davam edəcək:  

“Mahir komanda ilə məşqlərə qayıdıb. Daha məşqdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz heç bir təzyiq altında deyilik: Cənubi Koreya klubunun ("Seul" - red.) bizimlə yenidən əlaqə saxlayıb-saxlamayacağını bilmirik. Bu, olmasa, onda Mahir komandada oynamağa davam edəcək və ümid edirəm ki, qollarını vuracaq. Mahirin bəlli bir qiyməti var. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq".

Xatırladaq ki, Mahir Emreli "Nürnber"in son oyununda iştirak ərizəsində yer almayıb. Onunla Cənubi Koreyanın "Seul" klubunu maraqlandığı haqda xəbərlər yayılıb. Ötən ilin yayından "Nürnberq"də çıxış edən 27 yaşlı hücumçu bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.

Teqlər:

"\"N\u00fcrnberq\" r\u0259smisi: \"C\u0259nubi Koreya klubu yenid\u0259n biziml\u0259 \u0259laq\u0259 saxlamasa Mahir komandada qalacaq\""

Əlaqəli Xəbərlər