Menyu

Azərbaycanlı UEFA nümayəndəsi "Qalatasaray"ın oyununa təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı UEFA nümayəndəsi "Qalatasaray"ın oyununa təyinat aldı
1 dəq oxu

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – AZ (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qalatasaray" Niderlandda baş tutan ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Əlaqəli Xəbərlər