Menyu

Ər-Riyada ABŞ-Rusiya danışıqları başa çatıb

Ər-Riyada ABŞ-Rusiya danışıqları başa çatıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları 4,5 saat davam edib.

Operativ Media  xəbər verir ki, danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 5 saata yaxın davam edib.

Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.

Qeyd edək ki, Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.

Teqlər:

"\u018fr-Riyada AB\u015e-Rusiya dan\u0131\u015f\u0131qlar\u0131 ba\u015fa \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər