Menyu

"İnter"in sabiq futbolçusu "Parma"nı çalışdıracaq

Əziz Əzizli
"İnter"in sabiq futbolçusu "Parma"nı çalışdıracaq

"İnter"in və Rumıniya millisinin sabiq müdafiəçisi Kristian Çivu "Parma"nın baş məşqçisi olub.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssis fevralın 18-də istefaya göndərilən Fabio Peçkianı baş məşqçi postunda əvəzləyib. O, 2022-ci ildən "Parma"da çalışır.

Çivu 2018-ci ildən "İnter"in gənclərdən ibarət komandalarını çalışdırır. Futbolçu karyerası ərzində Çempionlar Liqasının qalibi olduğu Milan klubunda çıxış edib.

25 turdan sonra "Parma" İtaliya A Seriyasının turnir cədvəlində 20 xalla 18-ci yerdədir.

Teqlər:

"\"\u0130nter\"in sabiq futbol\u00e7usu \"Parma\"n\u0131 \u00e7al\u0131\u015fd\u0131racaq"

Əlaqəli Xəbərlər