Menyu

İtaliyada dövlət qurumlarının saytlarına kiberhücumlar olub

Əsəd Abbaslı
İtaliyada dövlət qurumlarının saytlarına kiberhücumlar olub

İtaliyada bəzi nazirliklərin və dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.

Operativ Media xəbər verir ki, İtaliyanın şirkətləri və “Made in Italy”, Daxili İşlər və Maliyyə Nazirliklərinin bəzi saytları, eləcə də Maliyyə Polisinin saytının rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qaldığı bildirilir. Həmin saytlar “NoName057” haker qrupunun kiberhücumlarından zərər çəkib.

İtaliya Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək göstərib. Daha əvvəl Milanın Malpensa və Linate aeroportlarının, Taranto və Trieste limanlarının, həmçinin “Monte Paschi” və “Intesa San Paolo” banklarının, bəzi İT şirkətlərinin və özəl qurumların saytları rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qalmışdı.

Teqlər:

"\u0130taliyada d\u00f6vl\u0259t qurumlar\u0131n\u0131n saytlar\u0131na kiberh\u00fccumlar olub"

Əlaqəli Xəbərlər