ÇL: "Bavariya" və "Benfika" növbəti mərhələyə yüksəldi
Əziz Əzizli
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul etdi. Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanmışdı. Cavab matçının heç-heçə bitməsiylə italyanlar mübarizəni dayandırdı.
“Bavariya” Münhendə “Seltik”lə bərabərə qalaraq mərhələ adladı. “Atalanta” yenə də “Brügge”ylə bacramayaraq, mübarizəyə son verdi.
“Benfika” ilə “Monako” görüşündə isə 6 qol vuruldu, yoluna davam edən tərəf isə portuqaliyalılar oldu.