Fevralın 19-da baş prokurorluqda “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Operativ Media xəbər verir ki, xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Prokurorluqda Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Qeyd edək ki, həmin tədbirlər çərçivəsində 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “CBC” teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov, “Caliber.az” informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov və “Azərbaycan” qəzetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Əzizli “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.