Menyu

Azərbaycanın millisi Qazaxıstanı məğlub etdi

Əziz Əzizli
Azərbaycanın millisi Qazaxıstanı məğlub etdi
1 dəq oxu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.

Əlaqəli Xəbərlər