Menyu

Rusiya ordusu Ukrayna ərazisinə daxil olub

Əsəd Abbaslı
Rusiya ordusu Ukrayna ərazisinə daxil olub

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir saat əvvəl Rusiya Silahlı Qüvvələrinin döyüşçülərinin Kursk vilayətində Ukrayna ilə sərhədi keçməsi barədə ona məruzə edilib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Rusiya ordusunun bütün cəbhə boyu hücum etdiyini də bildirib.

Rusiya prezidenti Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumuna dron hücumuna da münasibət bildirib.

Putin Ukrayna Silahlı Qüvvələri sərbəst olaraq Krasnodar diyarındakı Xəzər Boru Kəməri Konsorsiumunun obyektinə zərbə təşkil edə bilmədiyini söyləyib.

Rusiya prezidenti bu işdə Qərb ölkələrinin Ukraynaya yardım etdiyini vurğulayıb.

Onun sözlərinə görə, Kiyev kosmik kəşfiyyat məlumatlarını yalnız Qərb ölkələrindən alır.

Putin Xəzər Boru Kəməri Konsorsiumuna hücumla Aİ-nin yeni sanksiyaları arasında əlaqə görüb:"Xəzər Boru Kəməri Konsorsiumuna hücum Avropa ilə razılaşdırılmış hərəkətlərə bənzəyir. Bu hücum dünya bazarlarında enerji resurslarının sabit bahalaşmasına səbəb olacaq ki, bu da istehlakçıların maraqlarına uyğun deyil".

Teqlər:

"Rusiya ordusu Ukrayna \u0259razisin\u0259 daxil olub"

Əlaqəli Xəbərlər