Menyu

HƏMAS İsraillə mübadilə çərçivəsində girovların cəsədlərini təhvil verəcək

Əsəd Abbaslı
HƏMAS İsraillə mübadilə çərçivəsində girovların cəsədlərini təhvil verəcək

HƏMAS 20 fevralda İsrail tərəfinə Qəzza Zolağında həlak olan girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini təhvil verəcək.

Operativ Media xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı, "İzzəddin əl-Qassam Briqadaları"nın rəsmi nümayəndəsi Əbu Ubayda öz Telegram kanalında məlumat yayıb.

Əbu Ubayda bildirib ki, mübadilə müqaviləsi çərçivəsində 20 fevralda cümə axşamı günü Bibas ailəsinin üzvlərinin və Oded Lifşitsin cəsədləri İsrail tərəfinə təhvil veriləcək.

O, qeyd edib ki, həlak olanların hamısı İsrailin Qəzzaya etdiyi bombalı hücumların qurbanıdır.

Teqlər:

"H\u018fMAS \u0130sraill\u0259 m\u00fcbadil\u0259 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 girovlar\u0131n c\u0259s\u0259dl\u0259rini t\u0259hvil ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər