Livan Prezidenti: İsrail qoşunları ölkədən tam çıxarılmalıdır
Əsəd Abbaslı
İsrail qoşunları Livanın cənubundakı son məntəqələrdən geri çəkilərək bu ölkənin ərazisini tərk etməlidir.
Operativ Media xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.
Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.
Teqlər:
"Livan Prezidenti: \u0130srail qo\u015funlar\u0131 \u00f6lk\u0259d\u0259n tam \u00e7\u0131xar\u0131lmal\u0131d\u0131r"