2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.
"Operativ Media" xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı hücumçu "Sumqayıt"da “9” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.
Teqlər:
"\"Sumqay\u0131t\" \u00f6zb\u0259kistanl\u0131 h\u00fccum\u00e7u transfer etdi"