Menyu

Şolts: Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlışdır

Əsəd Abbaslı
Şolts: Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlışdır

Volodimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək “təhlükəli və yanlış”dır.

Operativ Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. O, ABŞ prezidenti Donald Trampın "Der Spiegel" jurnalına verdiyi müsahibədə Ukrayna liderinin ünvanına səsləndirdiyi sərt bəyanatlara belə cavab verib.

“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, - Şolts deyib.

Onun sözlərinə görə, Zelenski hazırkı dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkə ərazisində davam edən münaqişə ilə bağlıdır. Kansler deyib ki, hadisələrin bu inkişafı Ukrayna Konstitusiyasına uyğundur.

"Heç kim bunun əksini iddia etməməlidir", - deyə Şolts bildirib. 

Teqlər:

"\u015eolts: Zelenskinin demokratik legitimliyini inkar etm\u0259k sad\u0259c\u0259 olaraq yanl\u0131\u015fd\u0131r"

Əlaqəli Xəbərlər