Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında Dortmund “Borussiya”sı “Sportinq”lə üz-üzə gəlib. Matç heç-heçə bitib. PSJ “Brest”i yeddi cavabsız qolla darmadağın edərək, turnirdən uzaqlaşdırıb. Günün mərkəzi oyunu Madriddə baş tutub. “Real” burada Mbappenin het-trikiylə “Mançester Siti”nin müqavimətini qırıb
Əlavə vaxta gedən PSV – “Yuventus” duelindən isə niderlandlılar qalib ayrılıb.