20 Fevral 2025, 12:19
Azərbaycan millisinin (U-17) baş məşqçisi: “Qazaxıstanla oyunda komandamız xarakter göstərdi”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Qazaxıstanla oyun haqqında danışıb.
Azərbaycan millisinin (U-17) baş məşqçisi: “Qazaxıstanla oyunda komandamız xarakter göstərdi” şəkil
Azərbaycan millisinin (U-17) baş məşqçisi: “Qazaxıstanla oyunda komandamız xarakter göstərdi”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda Qazaxıstan yığması (2:1) ilə keçirilən oyun haqda danışıb.

"Operativ Media" xəbər verir ki, o, bu haqda AFFA-nın saytına fikirlərini bildirib.

“Ötən il də bu turnirdə iştirak etmişdik. Bir il ərzində nələrə nail olduğumuzu görmək baxımından builki turnirdə çıxışımız mənə də maraqlı idi. Bu barədə komanda ilə söhbətimiz də olmuşdu. Rusiya ilə ilk oyunda futbolçularda həyəcan var idi. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə İran yığmasını məğlub etdik. Bu qalibiyyət Qazaxıstanla matç öncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi. Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi. Yeni gələnlərin özlərini doğrultmaları da sevindirici hal oldu. Sona qədər döyüşdükləri üçün futbolçularıma təşəkkür edirəm”.

Baş məşqçi fevralın 21-də Özbəkistan yığmasına qarşı keçiriləcək üçüncü yer uğrunda matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib: “Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadır. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Son xəbərlər
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib
Rusiya klubu Premyer Liqadan kənarlaşdırıldı
Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
XİN Abu-Dabi görüşünün yekunlarına dair bəyanat yayıb
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb