Menyu

Ağ Ev Ukraynaya tənqidlərlə bağlı çağırış edib

Əsəd Abbaslı
Ağ Ev Ukraynaya tənqidlərlə bağlı çağırış edib

Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa və ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən minerallar sazişini tez bir zamanda imzalamağa çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox news-a müsahibəsində deyib.

“Ukraynadakı vəziyyətlə bağlı administrasiyadan çox məyusluq var. Biz Ukraynaya inanılmaz tarixi investisiyalar və iqtisadi imkanlar təqdim etmişik”, - o qeyd edib.

Trampın müşaviri Ukraynanın tənqidləri azaltmalı olduğunu bildirib: “Tənqidləri azaldın. Mineral sövdələşməni ciddi şəkildə nəzərdən keçirin və onu imzalayın. ABŞ və Ukrayna fikir ayrılıqlarını həll edə bilər".

Vals Ukraynanın ABŞ-ın işlərinə qarışmasının qəbuledilməz olduğunu da vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər