Menyu

Fidan: Ukrayna ilə bağlı danışıqları dəstəkləməyə hazırıq

Əsəd Abbaslı
Fidan: Ukrayna ilə bağlı danışıqları dəstəkləməyə hazırıq

Cənubi Afrikada keçirilən G20 toplantısında Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı danışıqları dəstəkləməyə hazır olduqlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, türkiyəli nazir hər iki tərəfin prosesdə iştirakını zəruri hesab edib. 

Fidanın sözlərinə görə, Türkiyə hələ də Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

“Müharibənin hər iki tərəfini əhatə edən hərtərəfli sülh prosesinə başlamaq lazımdır. Türkiyə tərəflər arasında davamlı sülhə nail olmaq üçün danışıqlara hərtərəfli dəstək verməyə hazırdır”, - deyə Fidan qeyd edib.

Teqlər:

"Fidan: Ukrayna il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlar\u0131 d\u0259st\u0259kl\u0259m\u0259y\u0259 haz\u0131r\u0131q"

Əlaqəli Xəbərlər