Menyu

Tramp Zelenskidən qurtulmaq istəyir

Əsəd Abbaslı
Tramp Zelenskidən qurtulmaq istəyir

Ukrayna elitaları qorxur ki, ABŞ prezidenti Donald Tramp respublikada prezident seçkilərinin keçirilməsini deyil, ölkə lideri Vladimir Zelenskidən yaxa qurtarmaq istəyir.

Operativ Media xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, bir çox ukraynalılar öz prezidentlərindən açıq şəkildə məyusdurlar.

Nəşrin keçirdiyi sorğu göstərir ki, Zelenski hazırda respublikanın ən populyar siyasətçisi olaraq qalsa da, o, qarşıdan gələn seçkilərdə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırkı London səfiri Valeri Zalujnıya 30-65 faiz arasında uduzacaq.

Bundan əlavə, prezidentə inam 52%-ə düşüb ki, bu da 2022-ci ilin fevralından bəri ən aşağı səviyyədir.

“Deyəsən Tramp heç vaxt sevmədiyi və çətin insan hesab etdiyi Zelenskidən yaxa qurtarmaq istəyir. Bu, seçkilərlə bağlı deyil, Zelenskidən qurtulmaqdır”, – nəşrin qeyd etdiyi məqalədə vurğulanıb.

Teqlər:

"Tramp Zelenskid\u0259n qurtulmaq ist\u0259yir"

Əlaqəli Xəbərlər