Yığmamız Millətlər Liqasında yeni mövsümə evdə start verəcək.
"Operativ Media" xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupunda ilk oyununa çıxacaq. Millimiz Monteneqro yığmasını qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da təşkil olunacaq. Matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız və Monteneqro ilə eyni qrupda Litva millisi də yer alıb.