Ana səhifə / İdman / İki gimnast Dünya Kubokunun finalına vəsiqə qazanıb İki gimnast Dünya Kubokunun finalına vəsiqə qazanıb 22.02.2025, 17:09 Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. Operativ Media xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub. Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb. Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək. Teqlər: "\u0130ki gimnast D\u00fcnya Kubokunun final\u0131na v\u0259siq\u0259 qazan\u0131b"
02.02.2026, 09:31 “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” olan qaydalara dəyişiklik edilib