ABŞ hava hücumu nəticəsində Suriyada Əl-Qaidənin yüksək rütbəli üzvü öldürülüb
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı Suriyada hava hücumu təşkil edib və nəticədə Əl-Qaidə terror təşkilatı ilə də əlaqəsi olan Hurras ad-Din islamçı qruplaşmasının rəhbərliyinin yüksək səviyyəli koordinatoru öldürülüb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X-in mikrobloqunda yazıb.
“Fevralın 21-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Suriyanın şimal-qərbində dəqiq hava zərbəsi endirib və nəticədə Əl-Qaidə ilə əlaqəli Hürrəsəddin terror təşkilatının yüksək rütbəli lideri Vasim Tahsin Bayrakdar öldürülüb”, - postda deyilir.
ABŞ Mərkəzi Komandanlığının komandanı, general Maykl Erik Kurilyan, “Biz vətənimizi, müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumaq üçün, harada olmasından asılı olmayaraq, terror təhdidlərini amansızlıqla təqib edəcək və məhv edəcəyik” deyib.