G7 ölkələri Rusiyaya dəstəyi dayandırmağa çağıran bəyanat yayacaq
Əsəd Abbaslı
G7 ölkələri Çini Rusiyaya dəstəyi dayandırmağa çağıran bəyanat yaymaq niyyətindədir. Sənədin fevralın 24-də dərc ediləcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə “Nikkei” qəzeti mənbələrə istinadla məlumat yayıb.
G7 ölkələri daha əvvəl Pekini Moskvanı dəstəkləməkdə və Rusiyaya hərbi əməliyyatları davam etdirməyə imkan verən ikili təyinatlı malları ötürməkdə ittiham etmişdi.
Artıq bir sıra Çin şirkətləri Rusiyaya yarımkeçirici çiplərin tədarükünə görə Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahısına salınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net