Menyu

Şolts seçkidə məğlubiyyətini etiraf edib - YENİLƏNİB

Əsəd Abbaslı
Şolts seçkidə məğlubiyyətini etiraf edib - YENİLƏNİB

Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.

Operativ Media xəbər verir ki, o nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.

Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.

"Yaşıllar" istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.

"Yaşıllar"ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək "Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var", - deyə bildirib.

21:28

Almaniyada keçirilən parlament seçkilərində Fridrix Merzin mühafizəkar partiyası kansler Şoltsu məğlub edərək qalib gəlir.

Operativ Media xəbər verir ki, Şoltsun ​​Sosial Demokrat Partiyası (SPD) İkinci Dünya Müharibəsindən bəri ən pis performansı göstərib (16% səs toplayıb).

Qeyd edək ki, seçkidə 29 siyasi partiya iştirak edir.

11:33

Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri başlayır.

Operativ Media xəbər verir ki, seçkidə 29 siyasi partiya iştirak edir.

Rəy sorğularına görə, CDU/CSU bloku, Almaniya üçün Alternativ (AfD), Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası, Almaniya Azad Demokrat Partiyası (FDP) və "Sahra Vaqenknext Alyansı" liderlik edir.

Eyni zamanda, respondentlərin əksəriyyəti CDU/CSU lideri Fridrix Mersi yeni kansler kimi görmək istəyir.

CDU/CSU, SPD və Yaşıllar Kiyevə yardımın davam etdirilməsinin tərəfdarıdır. AfD və "Sahra Vaqenknext Alyansı" buna qarşıdır, lakin onlar həm də sanksiyaların qaldırılmasını və enerji idxalının bərpasını dəstəkləyirlər.

Teqlər:

"\u015eolts se\u00e7kid\u0259 m\u0259\u011flubiyy\u0259tini etiraf edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər