23 Fevral 2025, 12:40
"Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq
"CBC Sport" kanalı "Şamaxı" - "Turan Tovuz" oyununun yayımlanmayacağını açıqlayıb.
"Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq şəkil
"Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Şamaxı" - "Turan Tovuz" matçı yayımlanmayacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda "CBC Sport" kanalı bəyanat yayıb.

"Bu gün Misli Premyer Liqasında keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu yayımlanmayacaq. 24-cü turun bu oyununu göstərə bilməməyimizə səbəb bu gün səhər Bakı-Şamaxı yolunda əlverişsiz hava şəraiti ilə bağlı yaranmış ağır vəziyyət olub. Komandalar, oyunun təşkilatçıları və digər rəsmilərin əksəriyyəti ötən gün Şamaxı şəhərinə gəliblər. "CBC Sport" isə 24 turun start görüşlərini yayımladığı üçün səfərə yalnız bu gün - fevralın 23-ü səhər saatlarında yola düşməli olub. Lakin Şamaxı şəhərinə 97 kilometr qalmış yoldakı vəziyyət daha da ağırlaşdığından və qəza şəraiti yarandığından heyətin və texniki avadanlığın təhlükəsizliyini nəzərə alaraq geri qayıtmaq haqqında qərar qəbul olunub. Sona qədər bu oyunun verilməsi üçün çalışdıq. Lakin bizim üçün şəxsi heyətin təhlükəsizliyi, insanların sağlamlığı və həyatı hər şeydən vacibdir. PFL, AFFA, "Şamaxı" və "Turan Tovuz" klublarına dəstək olduqları, bizimlə bu çətin anlarda daim əlaqədə olduqları və vəziyyəti anlayışla qarşıladıqları üçün minnətdarlığımızı bildiririk. Azarkeşlərdən və tamaşaçılardan bu oyunu yayımlaya bilmədiyimiz üçün üzr istəyirik".

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb