24 Fevral 2025, 10:00
"Qalatasaray" - "Fənərbaxça"ya qarşı - Zədəlilər və Cəzalılar
Bu gün Türkiyə Super Liqasında 25-ci tura yekun vurulacaq.
"Qalatasaray" - "Fənərbaxça"ya qarşı - Zədəlilər və Cəzalılar şəkil
"Qalatasaray" - "Fənərbaxça"ya qarşı - Zədəlilər və Cəzalılar

Turun qapanış matçında "Qalatasaray" və "Fənərbaxça" komandları üz-üzə gələcəklər.

"Operativ Media" xəbər verir ki, hər iki komanda bu matça itkilərlə çıxacaq.

"Qalatasaray" Fənərbaxça derbisində 3 futbolçusundan istifadə edə bilməyəcək. Alvaro Morata, İsmail Yakobs və Mauro İkardi zədə səbəbindən oynaya bilməyəcək. Zədəsini sağaldan Yunus Akgünün heyətə qoşulacağı gözlənilir.

"Fənərbaxça" "Qalatasarayl"a səfər oyununda İsmail Yüksek və Dieqo Karlossuz olacaq. Bu iki futbolçu zədələri davam etdiyi üçün heyətə daxil edilməyib. Çağlar Söyüncü və Aleksandr Djikunun vəziyyətinə matç saatı aydınlıq gələcək.

Saat 21:00-da start götürəcək matçı sloveniyalı baş hakim Slavko Vinciç idarə edəcək. Təcrübəli hakimə Tomaz Klancnik və Andraz Kovacic köməklik edəcək, derbinin dördüncü hakimi isə Kadir Sağlam olacaq.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb