Azərbaycan boksçuları beynəlxalq turniri 9 medalla başa vurdular
23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
"Operativ Media" xəbər verir ki, komandamızın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçumuz birinci yeri tutub.
Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn boksçumuz millimizin qızıl medal sayını 4-ə yüksəldib.
Digər boksçularımızdan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.
dəqiqələr içində saytın olsun.