Menyu

Renat Dadaşovun yeni klubunun adı məlum olur

Əziz Əzizli
Renat Dadaşovun yeni klubunun adı məlum olur

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

"Operativ Media" Polşa mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacaq. Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub.

“Radomyak”ın baş məşqçisi Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib: 

“İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.

Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.

Teqlər:

"Renat Dada\u015fovun yeni klubunun ad\u0131 m\u0259lum olur"

Əlaqəli Xəbərlər