"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanı tərk edə bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda "El Nasional" məlumat yayıb.
54 yaşlı ispaniyalı Səudiyyə Ərəbistanı klublarından birindən sərfəli təklif alıb. Qvardiolanın maaşı “Mançester Siti”dəki maaşı ilə müqayisədə bir neçə dəfə arta bilər.
Qvardiola 2016-cı ilin yayından İngiltərə klubuna rəhbərlik edir. Bu il onun təyinatından sonra ilk dəfədir ki, komanda Çempionlar Liqasının 1/8 finalına yüksələ bilməyib. Onlar pley-off mərhələsində “Real”a uduzub (2:3, 1:3).
"Mançester Siti" Premyer Liqada 26 oyundan sonra 44 xalla 4-cüdür.